Digital (Rəqəmsal) marketinq nədir?

Digital (Rəqəmsal) marketinq nədir?

Onlayn marketinq kimi də adlandırılan rəqəmsal marketinq internetdə həyata keçirilən bütün marketinq fəaliyyətlərini əhatə edir. Şirkətlər mövcud və potensial müştərilərlə əlaqə yaratmaq üçün axtarış sistemləri (Search Engines), sosial media, e-poçt, veb-saytlar, mobil tətbiqlər (Mobile Apps), kontent, multimedia mesajları və digər rəqəmsal kanallardan istifadə edirlər.

Digital (Rəqəmsal) marketinq niyə vacibdir?

1. Səylərinizi yalnız məhsul və ya xidmətinizi satın alma ehtimalı yüksək olan müştərilərə yönəldə bilərsiniz.

2. Ənənəvi marketinq üsullarından daha səmərəlidir.

3. Qısa müddətdə öz sahənizdə fəaliyyət göstərən böyük brendlərlə rəqabət aparmağa imkan yaradır.

4. Ölçülə biləndir (vebsayt trafiki, kontent performansı, sosial media reklamları və s.).

5. Strategiyanızı uyğunlaşdırmaq və dəyişdirmək daha asandır.

6. Dönüşüm nisbətinizi (Conversion Rate) və potensial müştəri bazanızı artıra bilər.

7. Digital marketinqin hər mərhələsində daha geniş auditoriyaya çatmağa kömək edir.