Axtarış Sistemlərinin Optimizasiyası (SEO)

Bu, vebsaytınızın axtarış motorlarının nəticələr səhifələrində daha yüksəkdə nümayiş olunması üçün optimallaşdırılma prosesidir. Bununla vebsaytınız qazandığı orqanik (ödənişsiz) trafikin miqdarını artırır. SEO-dan faydalanan kanallara vebsaytlar, bloqlar və infografika da daxildir.

SEO-nun növləri

Səhifə daxili SEO: Bu SEO növü vebsayta daxil olarkən mövcud olan bütün kontentə diqqət yetirir. Axtarış həcmi və niyyəti (və ya mənası) üçün açar sözləri tədqiq etməklə istifadəçilər üçün suallara cavab verə və bu sualların yaratdığı axtarış motoru nəticələri səhifələrində daha yüksək yer tuta bilərsiniz.

Səhifədənkənar SEO: Bu növ SEO vebsaytınızı optimallaşdırmaq üçün “səhifədən kənarda” baş verən bütün fəaliyyətlərə fikir verir. Daxili linklər və ya backlinklər buna nümunə ola bilər.

Sizin adınızın (məhsul və ya xidmətinizin) qeyd edildiyi istifadəçilərin (vebsayt, bloq və ya sosial şəbəkə istifadəçilərinin) sayı önəm verdiyiniz açar sözlər üçün nə qədər yüksək yer tutmağınıza təsir edir.

Qısacası, digər vebsayt, bloq və sosial şəbəkələrdən saytınıza verilən keçidlər bu işdə önəmli rol oynayır.

Texniki SEO: Bu növ SEO vebsaytınızın arxa hissəsinə və səhifələrinizin necə kodlandığına diqqət yetirir. Şəkillərin sıxılması, strukturlaşdırılmış məlumatlar və CSS faylının optimallaşdırılması vebsaytınızın yüklənmə sürətini artıra bilən texniki SEO-nun bütün formalarıdır. Eyni zamanda, Google kimi axtarış motorlarının nəzərində mühüm sıralama faktorudur.